"Mənim dövlət başçısı postundan istefa verməyimlə bağlı məsələ yalnız Suriya xalqının və parlamentinin iradəsindən asılıdır. Suriyanı məhv etmək istəyənlər daha çox bölgədə sonuncu dünyəvi dövləti məhv etmək istəyirlər”, deyə o qeyd edib.
Əsəd qeyd edib ki, Paris bölgədə apardığı siyasəti dəyişəcəyi təqdirdə, Suriya Fransa ilə kəşfiyyat məlumatlarını bölüşəcək. "Əgər Fransa hökuməti terrorla mübarizəyə qeyri-ciddi yanaşırsa, biz terroru dəstəkləyən ölkə, hökumət, yaxud da hər-hansı təşkilatla əməkdaşlığa vaxtımızı sərf etməyəcəyik”, deyə Əsəd bildirib.
"Siz əvvəlcə siyasətinizi elə dəyişməlisiniz ki, qoy o bir meyar üzərində qurulsun, qoy terroru dəstəkləyən yox, onunla mübarizə aparan ölkələri birləşdirən alyansın bir hissəsi olasınız”, deyə Suriya prezidenti qeyd edib.