Rusiya Aralıq dənizinin şərq hissəsindən "Rostov-na-Donu” dizel-elektrik sualtı qayığı vasitəsilə "İŞİD”in qərargahının yerləşdiyi Suriyanın Rakka şəhərinin ətrafındakı hədəflərə "Kalibr” qanadlı raketləri ilə zərbə endirib.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, hazırda hava və kosmik kəşfiyyat zərbələrin nəticələrini araşdırır. Bu hadisə Rusiya Silahlı Qüvvələri tarixində sualtı qayıqdan real düşmənə qanadlı raketlərlə ilk zərbədir.