Prezident Barak Obama ABŞ-a vətəndaş müharibəsindən qaçanlara kömək üçün irəliyə addım atmaqla bağlı çağırış edib. "Onların üzünə qapını bağlamaq bizim dəyərlərimizə xəyanət olardı" - deyə o bildirib.
Qubernatorların qərarları cümə günü Parisdə 129 nəfərin ölümü və 350 nəfərin yaralanması ilə nəticələnmiş hücumlardan sonra verilib. Hadisəni törədən şəxslərin yeddisi hücum zamanı ölüb. Şübhəlilərdən birinin miqrantlarla birgə Yunanıstan vasitəsilə Avropaya gəlmiş suriyalı olduğu düşünülür.
Milyonlarla suriyalı vətəndaş müharibəsinə görə qonşu ölkələrə və Avropaya qaçıb. ABŞ yaxın 12 ay ərzində təxminən 10 min suriyalı qaçqını qəbul edəcəyinə söz verib. Alabama ştatı hələlik heç bir suriyalı qaçqın qəbul etməyib. Cənub ştatının qubernatoru bəyan edib ki, "xalqı hətta ən kiçik hücum risqi altında qoymayacaq".
Qaçqınların qəbulunun dayandırılması barədə qərar onların köçürülməsi ilə məşğul olanların bəzilərinin qəzəbinə səbəb olub. Qaçqınların köçürülməsi işçi təşkilatı Lüteran Miqrasiya və Qaçqın Xidmətindən Maykl Mitçell deyib ki, təqiblərdən qaçanları nəzərə almaq vacibdir.
Amma bir neçə Respublikaçı prezidentliyə namizəd bəyan edib ki, daha çox miqrant qəbul etmək "səhv" olardı. Biznes maqnatı Donald Trump bunu "dəlilik" adlandırıb. Üç ən güclü Demokratik namizəd isə bildirib ki, onlar 10 mindən çox suriyalı qaçqının yalnız əhatəli yoxlamadan sonra qəbul edilməsinin tərəfdarıdırlar.