O bildirib ki, əldəqayırma partlayıcı qurğunun gücü 1,5 kq trotil ekvivalentində olub. Təyyarənin qalıqlarında xaricdə istehsal olunmuş partlayıcı maddələrin izləri aşkarlanıb: "Şəxsi əşyaların və təyarənin elementlərinin araşdırılması, ekspertizalar təyyarədə partlayıcı maddənin olduğunu üzə çıxarıb. Nəticədə təyyarə havada dağılıb. Təyyarənin füzelyajının hissələrinin uzaq məsafələrə səpələnməsini bununla izah etmək olar".
V. Putin isə bəyan edib ki, təyyarəni partladan cinayətkarlar tapılacaq: "Sinayda insanlarımızın öldürülməsi cinayət qurbanlarının sayına görə ən qanlı hadisələr sırasındadır. Biz ürəyimizdən və qəlbimizdən göz yaşlarını silməyəcəyik. Bu, bizimlə həmişəlik qalacaq. Lakin bu, bizim cinayətkarları tapıb, cəzalandırmağımıza mane olmayacaq. Suriyada bizim aviasiyamızın fəaliyyəti nəinki davam etdirilməli, hətta gücləndirilməlidir”.
Baki-xeber.com xəbər verir ki, FSB, təyyarənin partladılması əli olanların tutulmasına yardım edən və onlar haqda məlumat verənlərə 50 milyon dollar mükafat veriləcəyini açıqlayıb. Bu məbləğin Rusiya təhlükəsizlik qüvvələri tarixində bu istiqamətdə təyin edilən ən yüksək mükafat olduğu bildirilir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Misirdə qəzaya uğramış Rusiyanın "A321" təyyarəsinin göyərtəsinə partlayıcı qurğu yerləşdirməkdə iştirak edən şübhəli bilinən iki nəfər saxlanılıb. Misirin xüsusi xidmət orqanları tərəfindən saxlanılanlar Şarm-əş-Şeyx aeroportunun əməkdaşlarıdır. Bununla belə, Rusiya prezidentinin köməkçisi Dmitri Peskov bildirib ki, Moskva saxlanılanlar barədə məlumatlı deyil.
Qeyd edək ki, oktyabrın 31-də Rusiyaya məxsus "Airbus-321" təyyarəsinin Misirdə qəzaya uğrması nəticəsində 217 sərnişin və yeddi ekipaj üzvü həlak olmuşdu.