Terror təşkilatı İŞİD Suriyadakı hava əməliyyatlarına qatılan ABŞ liderliyindəki koalisiya ölkələrini Fransanın taleyini yaşamaqla təhdid edib. Baki-xeber.com xəbər verir ki, bununla bağlı yayılan videoda xüsusilə ABŞ-ın paytaxtı Vaşinqtona işarə edilir
Terrorçuların yaydığı videoda Vaşinqtonu hücumla təhdid edir: "Səlib yürüşünə qatılan ölkələr, Allahın izni ilə Fransanın yaşadığı kimi bir gün yaşayacaqsınız. Fransanı Parisdə ürəyindən vurduğumuz kimi sizi də mərkəziniz Vaşinqtonda vuracağımıza and içirik" – deyə bildirilir.