Suriya prezidenti Bəşər Əsəd Fransanın paytaxtı Parisi qan gölünə çevirən hücumlarla əlaqədar açıqlama verib.
Baki-xeber.com xəbər verir ki, Əsəd Fransadan aralarında keçmiş nəqliyyat naziri Thierry Marianinin də olduğu dörd nəfərlik nümayəndə heyətini qəbul edib. O, Parisdə baş vermiş terror aktları ilə əlaqədar başsağlığı verib.
Əsəd bildirib ki, Fransa, Suriyanın beş ildir yaşadığı terroru dünən axşam yaşadı.