A.Axundi deyib ki, nəqliyyat sektorunda sərmayəçilərin sərmayə yatırması üçün bütün lazimi şərait var və bütün təklifləri dəyərləndirməyə hazırıq: "Nəqliyyat sektorunda, xüsusi ilə aviasiya sənayesində İran və əcnəbi şirkətlər arasında müştərək şirkətlərin təsis olunması, lizinq və birbaşa satış formalarında əməkdaşlıq etməyə hazırıq”.
Nazir bildirib ki, təyyarələrin alınması üçün lazimi vəsait olmadığı üçün lizinq formasında təyyarələri ölkəyə gətirməyə hazırıq. "Bu sahədə təyyarə istehsal edən ölkələrlə danışıqlarımız olub. Ümid edirik ki, 2016-cı ildə nailiyyətlərimiz olacaq”.
A.Axundi sonra qeyd edib ki, son aylarda nəhəng yük gəmiləri İran limanlarında yan almağa başlayıb: "Bundan öncə nəhəng yük gəmiləri Fars Körfəzi ölkələrinə gedirdi və İran gəmiləri yükləri oradan ölkəyə gətirirdi. Lakin hazırda 16 layner birbaşa İran limanlarında yan alıb və bununla İranın nəqliyyat xərcləri azalıb”.