Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanıa 20 ildir könüllü sürücülük edən Əhməd Həmdi Çamlı, 1 noyabr seçkilərində Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili seçilib.
Baki-xeber.com xəbər verir ki, 7 iyun seçkilərində namizədi göstərilən ancaq seçilməyən "könüllü sürücü” 1 noyabr seçkilərində Məclisə girməyi bacarıb.
Çamlı İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olduğu günlərdən indiyə kimi Ərdoğana sürücülük edir. Keçmişdə Nəcməddin Ərbakanın da sürücüsü olan Çamlı, Milli Nizam və Milli Salamatlıq Partiyasının qurucularından olan Zeki Çamlının oğludur. Çamlı 14 yaşında Metris həbsxanasında Ərdoğanla bir yerdə olub.
Ərdoğan onu Rizədən keçmiş millət vəkili Şövqü Yılmazın qardaşı qızı ilə evləndirib.