Türkiyə və Səudiyyə Ərəbistanı Rusiya təyyarə və helikopterlərinin hücumlarına qarşı Suriyadakı müxaliflərə Ukrayna istehsalı olan raketlər verməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə Livanda yayımlanan "El Ekber” qəzeti çıxış edib.
Qəzet yazır ki, Türkiyə-Səudiyyə planına görə, Ukrayna ordusundan satın alınacaq SAM-8 və SAM-9 raketləri Suriyanın şimalındakı müxaliflərə veriləcək və bununla onlar Rusiya hərbi aviasiyasına qarşı gücləndiriləcək. Plana Rusiya ilə bilvasitə müharibə vəziyyətində olan Ukraynanın da dəstək verdiyini iddia edən qəzet, sözügedən planla bağlı kəşfiyyat məlumatları əldə edən Moskvanın da buna qarşı əks plan hazırlamaq qərarı qərarı verdiyini bildirir.