Silahlı toqquşma nəticəsində 2 polis şəhid olub, daha 2 polis əməkdaşı isə yaralanıb. Evdə olan 4 İŞİD üzvü öldürülüb.
Bildirilir ki, polis əməliyyata sübh çağlarında start verib və evin ətrafı zirehli texnika ilə əhatəyə alınıb. Buna baxmayaraq, terrorçular polisin müdaxiləsinə sürətlə reaksiya veriblər və atəş açmağa başlayıblar.