Neftdən əldə edilən gəlirlər İŞİD silahlılarının fəaliyyətinin maliyyələşməsində başlıca mənbədir. Adı açıqlanmayan amerikalı rəsmi nümayəndə bu məsələ ilə əlaqədar Türkiyə də daxil olmaqla, region ölkələri ilə danışıqlar aparıldığını bildirib.
Alıcıları İŞİD neftinin ucuz qiymətləri cəlb edir. Xam neft 35, bəzən isə hətta 10 dollara satılır.
İŞİD tərəfindən də təsdiq edilən məlumatlara görə, hazırda Suriyanın terrorçuların nəzarətində olan ərazisində 253 neft yatağı var ki, onların da 160-dan çoxu işlək vəziyyətdədir. Nəticədə təkcə Suriyada bir günlük neft hasilatı 30 min barel, İraqda isə gündə 10-20 min barel təşkil edir.