APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya prezident administrasiyasının rəhbəri Serqey İvanov bildirib. "Son sanksiyaların Rusiya iqtisadiyyatında törətdiyi fəsadlar çox şişirdilir. Əlbəttə, bu, bizim üçün müəyyən çətinliklər yaradır, lakin biz keçmişdə daha ciddi problemlərlə üzləşmişik”, - deyə S. İvanov söyləyib. Onun sözlərinə görə, Rusiyanı cəzalandırmaq mənasız və qeyri-effektivdir: "Burada yeni nə isə yoxdur. Romanovlar sülaləsi hakimiyyətdə olduğu zamanlarda da sanksiyalar, ticarət və maliyyə məhdudiyyətləri tətbiq ediblər. Və o zamankı məhdudlaşdırıcı tədbirlər indikindən də ağır olub”.