Türkiyənin Suriya ilə sərhəd hava məkanında pilotsuz uçuş aparatı vurulub. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Ancaq aparatın hansı ölkəyə məxsus olduğunun bilinmədiyi açıqlanıb.
Xəbərin ardından Rusiyadan da açıqlama gəlib. Bildirilib ki, bütün pilotsuz uçuş aparatlarımız planlaşdırıldığı kimi fəaliyyətlərini davam etdirir. Rusiya Suriyadakı bütün döyüş təyyarələrinin də problemsiz şəkildə bazaya döndüyünü açıqlayıb.
Ancaq ABŞ rəsmilərindən biri "Reuters”ə açıqlamasında vurulan uçuş aparatının Rusiyaya aid ola biləcəyini deyib.