APA-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib. YPG məsələsində Türkiyənin narahatlıqlarını anladıqlarını söyləyən C. Kirbi bu məsələ ilə əlaqədar Türkiyə ilə danışıqları davam etdirdiklərini vurğulayıb: "ABŞ və 60-dan artıq koalisiya ölkəsi üçün İŞİD-ə qarşı mübarizənin vacib olduğunu unutmamaq lazımdır. Bu məsələdə Türkiyənin həssaslığını başa düşürük. Suriyada İŞİD-ə qarşı effektiv mübarizə aparan bu qrupları uyğun şəkildə dəstəkləməyə davam edəcəyik”.