Hadisənin oktyabrın 12-də baş verdiyi deyilir. Generalların dəqiq harada həlak olması barədə məlumat verilmir. Hər iki hərbçinin yalnız Suriyada İŞİD əleyhinə döyüşdükləri açıqlanır.
"Reuters” məlumat yayıb ki, Suriyanın hökumət qoşunları İranın, şiə qruplaşması olan "Hizbullah”ın və Rusiya aviasiyasının köməyi ilə Hələb şəhərinə genişmiqyaslı hücum etməyi planlaşdırır. Suriya ordusunun minlərlə SEPAH əsgəri ilə gücləndirildiyi deyilir.
Qeyd edək ki, oktyabrın 8-də Hələb yaxınlığında İran generalı Hüseyn Həmədaninin öldürüldüyü açıqlanıb.