ABŞ müdafiə naziri Eşton Karter Rusiyanın Suriyaya atdığı qanadlı raketlərdən bəzilərinin hədəfə çatmadığını təsdiqləyib.
APA-nın "Associated Press”ə istinadən verdiyi məlumata görə, Böyük Britaniya müdafiə naziri Maykl Fellon ilə birlikdə mətbuat konfransı keçirən E. Karter bu barədə Pentaqonda sübutlar olduğunu söyləyib. O, raketlərin hədəfə çatmamasının səbəbinin texniki nasazlıq ola biləcəyini vurğulayıb.