APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının adının çəkilməsini istəməyən yüksək səviyyəli məmuru deyib. O bildirib ki, xarici işlər nazirləri səviyyəsində 12 oktyabrda keçiriləcək Avropa İttifaqı Şurasının iclasında Rusiyanın Suriyadakı hərbi əməliyyatları müzakirə olunacaq: "Biz hava zərbələrinin məhz "İŞİD" silahlılarını hədəf almasına və terrorizmlə mübarizəyə yönəldiyinə əmin olmalıyıq”.