Moldova təhlükəsizlik qüvvələri son 5 ay ərzində ABŞ Federal Təhlükəsizlik Bürosu (FTB) ilə əməkdaşlıq çərçivəsində xaricə qaçaqmalçıların nüvə materialları satmaq cəhdlərindən dördünün qarşısını alıb.
Baki-xeber.com xəbər verir ki, son hadisə bu ilin fevral ayında baş verib. Güman edildiyinə görə radioaktiv maddə - "sezyum-137” Yaxın Şərqdəki ekstermist qrulardan birinə çatdırılmalı imiş. Radioaktiv materialların konkrer olaraq İŞİD terror qruplaşmasına çatdırılmasının palanlaşdırılması barədə xəbərlər var.
"Associated Press” (AP) xəbər verir ki, nüvə materialı alıcıları kimi qələmə verilən xəfiyyələrə qaçaqmalçılar tərəfindən böyük həcmdə radioaktiv sezium təklif olunub. Müstəntiqlərin sözlərinə görə, radioaktiv materialların çoxu Rusiyadan gətirilənlərdir. Onların təbirincə, bəzi qaçaqmalçı dəstələrin Rusiya kəşfiyyat strukturları ilə əlaqələrdə olduğu güman edilir.
Moldovanın polis və Ədliyyə rəsmiləri bu məlumatı AP ilə bölüşərək qara nüvə bazarının nə dərəcədə təhlükəli olduğuna diqqəti çəkiblər. Moldova rəsmilərinin qənaətincə, Rusiya ilə Qərb arasında münasibətlərin pisləşməsi qaçaqmalçıların Rusiyadan əldə etdikləri ehtimal edilən radioaktiv materialları xaricə satmaq çəhdlərinin alınıb-alınmadığını bilməyin yolunu çətinə salıb.
Satışa vasitəçilik edən şübhəlinin ifadələrinə görə, İŞİD "sezyum-137” alacaq və onun istifadəsilə bağlı da bilgiyə sahibdir.
AP-yə görə, polis tərəfindən tutulan vasitəçilər qısa müddətli həbs cəzaları alıb, ancaq qara bazarda satışları idarə edənlər istintaqdan yayına biliblər. Radioaktiv materiallarla bağlı sövdələşmələrin elə ilkin mərhələdə pozulduğu məlum olub, lakin qaçaqmalçı dəstə liderləri, güman edildiyinə görə, nüvə materialları ilə aradan çıxa biliblər.
Əməliyyatları hazırlayan təhlükəsizlik işçiləri isə Moldovadakı siyasi böhran zamanı vəzifələrindən kənarlaşdırılıblar.