ABŞ Senatına namizədliyini irəli sürən siyasətçi nə vaxtsa keçini qurban kəsib, qanını içdiyinə görə tənqid edilir.
Augustus Sol İnviktus üzərə çıxan məlumatı təsqiqləyərək heyvanı bütpərəstlik mərasimində "qurban” kəsdiyini deyib. Lakin o, keçinin "vəhşicəsinə” kəsildiyi barədə bəzi tənqidçilərin iddialarını rədd edib.
Libertarian Partiyasını təmsil edən namizəd çox güman ki, ABŞ Senatında yer qazanmağa müvəffəq olmayacaq.
2013-cü ildə Mərkəzi Floridadan Moxave səhrasına piyada yollanan cənab İnviktus orada bir həftə pəhriz saxlayıb. Floridaya qayıdarkən isə o minnətdarlıq əlaməti kimi qurban kəsib. "Mən doğrudan da keçini qurban kəsdim. Çox güman ki, bir çox amerikalılar bunu boş söhbət kimi qəbul edir”, - siyasətçi AP agentliyinə bildirib.
"Mən qurbanı təbiət tanrısının adına kəsdim... Bəli mən keçinin qanını içdim”.
Baş verən hadisədən sonra Augustus Sol İnviktusun istefasına dair çağırışlar səslənib. Həmkarının addımına diqqəti cəlb etmək məqsədilə Florida ştatındakı Libertarian partiyasının sədri vəzifəsindən istefa verib.
Adrian Uilli cənab İnviktusu aşırı baxışlara malik olan "faşist” adlandırıb. "Bu adamın Libertarian partiyasında yeri yoxdur”.
İnviktus öz növbəsində cənab Uillisin iddialarını "qarayaxma kampaniya”sı adlandırıb. O ağ irqçilər tərəfindən dəstəklənsə də irqçi olmadığını bildirir.