Suriyada terror təşkilatı İŞİD-in hədəflərini bombardman edən Rusiya qırıcılarının istifadəsində olan Lazkiyədəki Hmeimim hərbi hava bazasının ilk görüntüləri yayılıb.
Baki-xeber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bazadakı rus təyyarələrinin Suriyanın İdlib, Humus və Hama şəhərlərində İŞİD mövqelərini vurduğunu bildirir. Ancaq Qərb Rusiyanın Əsədin opponentlərini hədəf aldığınl iddia edir. Rusiyanın İŞİD xaricində digər müxalif hədəfləri də vurması barədə xəbərlər Vaşinqtonda narahatlıqla qarşılanır.
Əməliyyatların 3-4 ay davam etməsi planlaşdırılır.
"Wall Street Journal” qəzeti isə ABŞ mənbələrinə istinadən Rusiyanın Lazkiyədəki bazada bir müddət əvvəl 800 nəfər olduğu bildirilən personal sayının 2 minə çatdığına dair xəbər yayıb. Bazada 32 təyyarə, 16 vertolyot, 9 tank, 2 raketdən müdafiə sisteminin də yerləşdirildiyi bildirilir.
Rusiyanın Suriyadakı əməliyyatlarına 50-dən çox döyüş təyyarəsinin qatıldığına dair xəbərlər də var.
"Kommersant” qəzeti isə mənbələrə istinadən Rusiya döyüş təyyarələrinin Suriyadakı bazaya Azərbaycan-İran-İraq marşrutu ilə çatdırıldığını bildirir.