RİA "Novosti"nin məlumatına görə, Britaniyada Maykl Eşkroftanın "Məni Deyv çağırın" adlı kitabı çap olunandan sonra orada Devid Kemeronun gəncliyində törətdiyi bəzi əməllər barədə iddia şok effekti yaradıb.
Kitabın müəllifi Kemeronun gəncliyində kokain düşgünü olduğunu deməklə bərabər iddia edir ki, o, gəncliyində bir elit tələbə klubuna üzv olmaq üçün çox ağır şərtlə razılaşaraq zoofillərsayağı cinsi əlaqəyə razılıq verib və bunu ölü donuzun başı üstündə icra edib. İddialara görə, bunu sübut edən fotolar da var. Bəs Oksford Universitetində tələbə klubuna üzv olmaq üçün bu rüsvayçı addımı atdığı iddia olunan Kemeron özü bu xəbəri necə qarşılayıb? "Deyli Meyli" qəzeti yazır ki, Kemeronun tərəfdarları bu xəbəri qətiyyətlə təkzib edir və iddia edirlər ki, həmin kitab müəllifi vaxtilə Kemeron onun böyük vəzifə təyinatına maneçilik törətdiyi üçün qisasçılıq məqsədilə belə qərəzli uydurmaya əl atıb.