Ukrayna Rusiya hava şirkətlərinin oktyabrın 25-dən ölkəyə uçuşunun qadağan edilməsi ilə bağlı rəsmi məktub təqdim edib. Bu barədə TASS agentliyi Ukraynanın aviasiya xidmətinə istinadla xəbər verir.
Sanksiyaya, "Aeroflot”, "Transaero”,”Sibir”, "Qazpromavia” və "Red Wings” də daxil olmaqla ümumilikdə 25 şirkət düşüb. Bura ölkənin birinci şəxslərini daşıyan hava xidmətlərinə qarşı məhdudiyyətlər tətbiq edilib.
Bundan başqa Ukrayna ərazisindən tranzid yüklər daşıyan reyslərin qismən və ya tamamilə qadağan edilməsi nəzərdə tutulur.