APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Ağ Evin sözçüsü Con Kirbi "ABŞ YPG-ni dəstəklədiyi bir vaxtda Türkiyə ilə əməkdaşlığı necə qurur” sualına cavab olaraq bildirib.
Türkiyə hökumətinin PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG ilə bağlı narahatlığını anladıqlarını deyən C. Kirbi türkiyəli tərəfdaşları ilə görüşləri davam etdirdiklərini söyləyib: "Türkiyənin İŞİD-lə mübarizədə koalisiyaya göstərdiyi dəstəyi və birbaşa İŞİD-lə apardığı mübarizəni yüksək qiymətləndiririk”.
C. Kirbi Rusiyanın Suriyaya hərbi qüvvə göndərməsindən narahat olduqlarını da vurğulayıb. Onun sözlərinə görə, Rusiya bu addımın İŞİD-lə mübarizə məqsədilə olduğunu desə də, bu fikirlərin nə qədər həqiqəti əks etdirdiyi şübhə doğurur.