Tanınmış rusiyalı siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan Anzor Qubaşev etiraf izahatından imtina edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qubaşevin vəkili Musa Hədisov bildirib.
"Bu gün Anzor Qubaşevin təkrar dindirilməsi keçirilib. Dindirilmə zamanı o rəsmi olaraq etiraf izahatından imtina edib”, deyə vəkil bildirib.
Vəkilin sözlərinə görə, Qubaşev etiraf izahatını təzyiq altında – qardaşının azadlığa buraxılmasına dair sövdələşmə əsasında verib.