Baş prokurorluğun yaydığı məlumatda deyilir ki, o və tərəfdarları İslam Dirçəliş partiyasının hazırda mühacirətdə yaşayan lideri Muhiddin Kabirinin göstərişi ilə hərəkət edirmişlər.
Prokurorluq həmçinin bir neçə partiya lideri və fəalının həbs edildiyini bildirir.
Tacikistanın ədliyyə nazirliyi ötən ay bu partiyanın fəaliyyətini qadağan edib.
Nazirlik bildirib ki, partiya lazım olan ictimai dəstəyi toplaya bilmədiyindən qeydiyyata alınmayıb.
Tacikistan hakimiyyəti Nazarzoda və onun dəstəsini sentyabrın 4-də Düşənbə ətrafındakı polis məntəqəsinə hücumda ittiham edir.
Həmin hücumda 9 polis və 17 yaraqlı ölüb.