İran prezidenti Həsən Ruhani dünya yəhudilərini Yeni ilinin daxil olması münasibəti ilə təbrik edib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran telekanalı "PRESS TV” məlumat yayıb.
"Qoy İbrahim peyğəmbərdən gələn köklərimiz qarşılıqlı hörmət, anlayış və sülhün dərinləşməsinə xidmət etsin”, - deyə İran prezidenti sosial şəbəkədəki səhifəsində yazıb.
H. Ruhaninin müraciəti ivrit dilində "Qoy bu il yaxşı il olsun” sözləri ilə bitir.
Qeyd edək ki, hazırda İranda 9 min yəhudi yaşayır. Onlar əsasən Tehran, İsfahan və Şiraz şəhərlərində məskunlaşıblar. Mövcud konstitusiyaya əsasən, İran yəhudilərinin məclisdə bir yer haqqı var.