Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 2016-cı ilin martına qədər uzadılması barədə rəsmi qərar qəbul edib. APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqındakı mənbələrdən bildirilib.
Qərar Ümumi işlər üzrə Şuranın iclasında qəbul edilib. Qərara əsasən sanksiya siyahısına Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozmaqda təqsirləndirilən Rusiya və Ukraynadan olan fiziki və hüquqi şəxslər düşüblər.