O bildirib ki, Rusiya tərəfi dəfələrlə əsas təhdidlərin "İŞİD"in nəzarət altında olan ərazilərdən gəldiyini bəyan edib: "Ona görə də onlara müqavimət göstərə biləcək yeganə qüvvə Suriya Silahlı Qüvvələridir. Buna görə də təbii olaraq, Rusiya hesab edir ki "İslam dövləti” adlanan bu təhlükəli qrupla mübarizə aparmaq üçün Suriya hakimiyyətinə yardım edilməlidir”.
Peskov onu da bildirib ki Rusiya və ABŞ prezidentlərinin BMT Baş Assambleyasının iclası çərçivəsində görüşü hələlik planlaşdırılmır. Vaşinqton belə bir təşəbbüslə çıxış etməyib.
"Qrafikdə belə görüş hələlik yoxdur. Əlbəttə ki, tərəflər iş qrafikinin uyğunluğunu nəzərdən keçirirlər. Əgər hər hansı bir təşəbbüs olsa, o zaman konkret iş görüləcək. Hələlik belə görüş planlaşdırılmayıb", - deyə o qeyd edib.
Kremlin mətbuat xidmətinin rəhbəri Ağ evdən prezidentlərin görüşünün keçirilməsi ilə bağlı təklifin gəlmədiyini də vurğulayıb.