Rusiya Ukrayna baş naziri Arseni Yatsenyukun Çeçen müharibəsi zamanı Rusiya ordusuna qarşı döyüşdüyünü iddia edir. Rusiya İstintaq Komitəsi sədri Aleksandr Bastrıkin sözlərinə görə Ukrayna baş naziri Arseni Yatsenyuk 1994-1995-ci illərdə çeçenlər tərəfdən Rusiya ordusuna qarşı döyüşlərdə iştirak edib.
Baki-xeber.com xəbər verir ki, Bastrıkin bu sözləri Rusiyanın rəsmi qəzeti "Rossiyskaya Gazeta”ya açıqlamasında deyib. O, bildirib ki, istintaq məlumatlarına görə, Yatsenyuk Qroznıda 1994-cu ilin 31 dekabrında və 1995-ci ilin fevralında ən az iki döyüşdə iştirak edib. O, Qroznının Minutka meydanında və Qroznı 9 saylı şəhər xəstəxanasının qarşısında döyüşlərin iştirakçısı olub.
Rusiya İstintaq Komitəsi sədri bu gün Ukraynanın baş naziri olan Yatsenyukun Çeçenistanın paytaxtı Qroznıda 1995-ci ilin 7 yanvarında Rusiya ordusunun əsgərlərinə işgəncə verilməsi və güllələnməsində də iştirak etdiyini iddia edib.
İstintaq Komitəsi sədri bildirib ki, hətta buna görə Yatsenyuk Cövhər Dudayevin "Millətin şərəfi” ordeni ilə təltif edilib.