Rusiya Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynaya borc verməsinə qarşı çıxır və Kiyevin dekabradək 3 milyard dollarlıq borcu qaytarmasını tələb edir.
"Ukrayna borcunu ödəməsə, müvafiq ədliyyə qurumlarına müraciət edəcəyik,” - Maliyyə naziri Anton Siluanov deyib. "Biz də BVF-nin üzvüyük və BVF-nin Ukrayna proqramına dair məsələ qaldıracağıq”.
O, əlavə edib ki, Rusiya borc məsələsində Ukrayna ilə danışıq aparmayacaq.
Ukraynanın suveren istiqrazlarının yarısına malik kreditor qrupu ötən ay yeni şərtlərin qəbuluna razılaşıb. Həmin şərtlərə borcun 20 faizinin silinməsi və ödəmə müddətinin 4 il uzadılması daxildir.