Prezident Fransua Olland Suriyada İslam Dövləti qruplaşmasına havadan hücumlar endirilməsi üçün hazırlıq əmr verib. O deyib ki, Fransa çərşənbə axşamı kəşfiyyat uçuşlarına başlayır və daha sonra silahlılara havadan zərbələr endirəcək.
Parisdə keçirilən mətbuat konfransında cənab Olland Suriyaya quru qoşunlarının göndərilməyəcəyini də deyib.
BMT bildirir ki, Suriyada münaqişə nəticəsində 220 mindən artıq adam ölüb və doqquz milyon insan qaçqın düşüb.