Rusiya prezidenti Vladimir Putin məşhur Amerika döyüş aktyoru Stiven Siqalla rinqə çıxmaq təklifini rədd edib.
Baki-xeber.com xəbər verir ki, Rusiyanın Uzaq Şərq bölgəsində Russki adasında bir okean akvariumunu ziyarətində Putini Çin baş nazirinin köməkçisi Van Yan və Siqal da müşayiət edib. Səmimi söhbət zamanı Çin baş nazirinin köməkçisi Putin və Siqalın maraq göstərdiyi sahələrin bənzər olduğuna işarə edərək "Birlikdə rinqə çıxmağınızı təklif edirəm" – deyə bildirib.
Putin isə "Mən çıxmazdım" deyərək zarafatla təklifi rədd edib.
Onu da qeyd edək ki, Siqal Putinin yaxın dostudur.