Türkiyənin Tacikistandakı səfiri, İraqın Mosul şəhərindəki keçmiş baş konsul, 101 gün "İŞİD” girovluğunda qalmış Öztürk Yılmaz səfir vəzifəsindən istefa verib.
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, Ö. Yılmaz noyabrın 1-də keçiriləcək seçkilərdə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd olmaq qərarına gəlib.
CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşən diplomatın Ərdahan vilayətindən millət vəkilliyinə namizəd olacağı bildirilir. 7 iyun seçkilərində CHP namizədləri bu vilayətdə qalib gələ bilməyiblər.