Avropa İttifaqı Rusiyaya və Donbas separatçılarına qarşı sanksiyaları 2016-cı ilin martınadək uzada bilər. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Wall Street Journal məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 200-dək rusiyalı və ukraynalı fiziki və hüquqi şəxsə qarşı tətbiq edilən sanksiyalar Moskvaya təzyiq məqsədilə uzadıla bilər.
Əvvəl tətbiq edilmiş sanksiyaların müddəti 2015-ci ilin sentyabrın 15-dək davam etdiyindən qərarın sentyabrın ortalarında veriləcəyi gözlənilir.