İslam Dövləti qruplaşması qızıl dinarı öz pul vahidi kimi qəbul etməsi barədə video hazırlayıb. Görüntüdə sikkələrin kəsildiyini və küçədə insanlara nümayiş etdirildiyini görmək olar.
"Xilafətin yüksəlişi: Qızıl Dinar geri qayıdır” adlı video ərəb və ingiliscə ilə yanaşı daha 5 dildə təqdim olunub.
Təxminən 1 saat uzunluğunda olan video-məlumatda dinarın yaxın vaxtlarda dövriyyəyə buraxılacağı bildirilir.
İslam Dövləti qruplaşması "öz valyutası” barədə ilk dəfə ötən ilin noyabr ayında açıqlama verib. İyun ayında isə cihadçı təşkilatın videosunda qızıl sikkələrin kəsildiyi göstərilib.
İslam Dövəti qrupunun təbliğat məlumatında deyilir ki, dinar beynəlxalq ticarətdə ABŞ dollarının mövqelərini zəiflədəcək.