Bu gün Ukrayna Ali Radası "Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini müzakirə edərkən parlament binasının qarşısında nümayişçilərlə polis arasında toqquşma baş verib.
APA-nın "112.ua” saytına istinadən verdiyi məlumata görə, mitinqçilərin arasından polislərə doğru qumbara atılıb. Nəticədə hüquq-mühafizə orqanlarının 50-dən çox əməkdaşı yaralanıb. Hadisə yerinə təcili yardım maşınları gəlib və yaralılar xəstəxanaya çatdırılıb. Milli Qvardiyadan bildirilib ki, qvardiyanın çoxlu sayda əməkdaşı zərər çəkib. Onlardan 4-nün vəziyyəti ağırdır.
"112” telekanalının əməkdaşı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf 2 qumbaranın atıldığını xəbər verib.