Xatırladaq ki, Gürcüstan KİV-i hökumətdə mümkün yerdəyişmələr, xüsusilə T.Beruçaşvilinin istefası barədə məlumat yaymışdı.
Gürcüstanın televiziya şirkətlərinin məlumatına əsasən, xarici işlər naziri vəzifəsinə baş nazirin müavini, iqtisadiyyat naziri Georgi Kvirikaşvili gələ bilər.
T.Beruçaşvili jurnalistlərə bildirib ki, bütün məlumatı mətbuatdan aldığına görə bu barədə ətraflı heç nə deyə bilməz.
G.Kvirikaşvili də mümkün təyinatı ilə bağlı jurnalistlərin suallarına şərh verməkdən imtina edib.