Terror təşkilatı İŞİD-in iki nömrəli adamı Hacı Mutaz kimi tanınan Fadıl Ahmet əl-Hayali öldürülüb.
Baki-xeber.com xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Price Hacı Mutazın avqustun 18-də ABŞ hərbi hava qüvvələri tərəfindən İraqın Mosul şəhəri yaxınlığında öldürüldüyünü bildirib. Onun avtomobili bombalanıb. Hayalidən başqa, onun yanında olan İŞİD-in media operatoru Abu Abdullah da öldürülüb. ABŞ rəsmisi bildirib ki, iriçaplı silahlar, partlayıcılar, maşın və təşkilat üzvlərinin İraq və Suriyada yer dəyişdirməsini koordinasiya edən Hayali İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin yaxın köməkçisi olub.