Avropa şərqli miqrantların qarşısını almaq üçün tədbirlər görməkdə davam edir. Xüsusilə Yunanıstanın Kos adasına qaçan qaçqınlar yunan səlahiyyətlilər tərəfindən gəmilərə mindirilib, Yunanıstanın digər bölgəsinə daşınır.
Digər tərəfdən Makedoniya da Yunanıstan sərhədini bağlayaraq miqrantların qarşısını almağa çalışır. Yunanıstana gətirilən miqrantlar ölkənin şimalından qatarlarla Makedoniyaya göndərilirdi. Ancaq sərhədin bağlanmasından sonra minlərlə suriyalı miqrant Makedoniya təhlükəsizlik qüvvələrini sərt müqavimətilə qarşılaşıb.
Polislər miqrantlara gözyaşardıcı qaz və plastik mərmi ilə müdaxilə edib. Sərt müdaxiləsi zamanı 8 nəfər xəsarət alıb. Polisin sərt müdaxiləsi zamanı xüsusilə bir epizod kameraların diqqətini cəlb edib. Miqrantlardan bir ata və körpə oğlu kütləyə qaz və plastik mərmi ilə müdaxilə edən polislərin qarşısında üzlərindəki qorxu dolu ifadə ilə belə göstərildi...