Yunanıstanın baş nazirinin erkən seçkilər barədə elanı ardınca hakim "Syriza” partiyasını tərk edənlər yeni partiya yaradacaqlarını bildiriblər. Bu ayın əvvəlində maliyyə yardımı paketilə bağlı kreditorlarla əldə edilmiş razılaşma Syriza partiyasında kəskin fikir ixtilafına səbəb olmuşdu.
Son məlumata əsasən "Syriza”nı təmsil 25 millət vəkili yeni yaradılmış Leiki Anonita partiyasına keçəcəklərini elan ediblər.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, cümə axşamı Alexis Tsiprasın istefa və erkən seçkilər barədə bəyanatı ardınca mühafizəkar Yeni Demokratiya partiyasının lideri Vangelis Meimarakisə 3 gün ərzində koalisiya hökuməti qurmaq imkanı verilib.
Bu ilin yanvarında seçilmiş cənab Tsipras "indi seçkilərə getməyin onun mənəvi borcu olduğunu" deyib. Seçkilərin tarixi hələlik müəyyən edilməsə də, məlumatlara görə, sentyabrın 20-i baş tuta bilər.
Yunanıstana xilas paketinin 13 milyard avro dəyərindəki bir hissəsini cümə axşamı müvafiq Avropa parlamentləri tərəfindən təsdiq edildikdən sonra qəbul edib. Bu Avropa Mərkəzi Bankına 3.2 milyard dollar borcu ödəmək üçün Yunanıstana imkan verib.
Cənab Tsipras bildirib ki, yunanlar "baş nazirin onları kreditorlarla münasibətdə cəsarətlə təmsil edib-etmədiyinə" qərar verməlidirlər.
O, prezident Prokopis Pavlopouloslə istefasını təsdiq etmək üçün görüşüb. Yunanıstan seçkilərə qədər müvəqqəti hökumət tərəfindən idarə olunacaq. Əgər hökumət seçki ili ərzində istefa verirsə, konstitusiyaya görə, prezident ikinci böyük partiya - bu halda mühafizəkar Yeni Demokratiya partiyasından idarəçiliyi formalaşdırmağı istəməlidir. Əgər bu baş tutmasa, növbəti ən böyük partiyaya şans verilməlidir.
Ekspertlərin fikrincə, hər iki tərəf bundan imtina edə və növbədənkənar seçki təsdiq edilməsi üçün prezidentə imkan yarada bilər.
Avrozonanın maliyyə nazirlərinin sədri Jeroen Dijsselbloem istefanın xilas paketinin şərtlərinə təsir etməyəcəyinə ümid etdiyini deyib.
Cənab Tsipras böhrandan çıxmaq üçün razılaşmalı olduğu tədbirlərə görə sərt şəkildə qınanılsa da, o, bunları yunanların əksəriyyətinin Avrozonada qalmaq istədiyi üçün etdiyini deyib.