"İran nüvə silahı əldə etmək yolunda addımlasa, ABŞ həm razılaşmanın yerinə yetirildiyi müddət ərzində, həm də bundan sonra bütün variantları, o cümlədən, hərbi variantı qüvvədə saxlayacaq”, - deyə B. Obama qeyd edib.
B. Obama həmçinin İranın "Hizbullah” qruplaşması və Suriyada Bəşər Əsəd rejiminə dəstək verməsi ilə bağlı tətbiq olunmuş sanksiyaların qüvvədə qalacağını da bildirib.