Qazaxıstan Mərkəzi Bankı milli valyutanı - tengeni üzən məzənnəyə keçirdiyini elan edib. Tenge 1994-cü ildən bəri ən aşağı həddə düşüb. Avqustun 20-də səhər tenge dəyərinin 20 faizindən çoxunu itirib. İndi bir ABŞ dolları 259 tengeyə bərabərdir.
Baki-xeber.com xəbər verir ki, "Tengrinews” xəbər agentliyi hökumətin qərarından sonra, Qazaxıstandakı valyuta məntəqələrinin böyük əksəriyyətinin bağlandığını, valyuta alış-satışının bazarda tamamilə dayanmaq üzrə oldugunu bildirir.
Gəlirlərinin 55 faizi neft və digər təbii resursların idxalından formalaşan ölkədə, neft qiymətlərindəki enişlə birlikdə büdcə kəsiri də artır.
"Tengrinews” xalqın bir hissənin "vəziyyət daha da pis ola bilər" deyərək əllərindəki dolları dəyişib mal almağa, digər hissəsinin isə dollar almağa çalışdığını yazır.