Cənubi Koreya Şimali Koreya ilə atışmadan sonra öz qərb sərhədlərindəki əhalinin evakuasiyasına göstəriş verib. Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirir ki, Şimali Koreyanın hərbi hissəyə açdığı atəşə artilleriya zərbələrilə cavab verilib.
Hadisə ilə bağlı Cənubi Koreya Təhlükəsizlik Şurasının iclası çağrılıb.
Qərbdəki dəniz sərhədi iki ölkə arasında daim mübahisə mənbəyi olub.
Şimali Koreya Seuldan şimala doğru yerləşən Yeoncheon şəhərindəki hərbi hissəni artilleriya atəşinə tutub. Cənubi Koreya 155 millimetr çaplı toplardan cavab atəşi açıb, Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Cənubi və Şimali Koreya arasında müharibə faktiki olaraq başa çatmayıb. Çünki 1950-1953-cü illərdəki müharibədən sonra atəşkəs razılaşması əldə olunsa da, sülh sazişi imzalanmayıb.
Son illər ərzində iki ölkə sərhədində bir neçə atışma halı qeydə alınıb.