Miqrantların dini hisslərinə toxunan kişi mühafizə postunda gizlənməyə çalışsa da, qəzəblənən kütlə onun ardınca düşüb. Tezliklə hadisə yerinə yerli polis əməkdaşları gəlib və kütlənin diqqətini özünə cəlb edib. Qaçqınlar polisə daş atmağa başlayıb.
Qəzet bildirir ki, hadisə nəticəsində ən az 3 polis əməkdaşı xəsarət alıb, polis avtomobillərinə ciddi ziyan dəyib.
Toqquşma 4 saata yaxın davam edib. Münaqişənin aradan qaldırılması üçün yaxınlıqdakı şəhərlərdən polislər cəlb olunub.