Diyarbəkirdə avqustun 18-də baş vermiş toqquşmalarda həlak olan əsgərlərin sayı isə 4-ə çatıb. Türkiyənin cənub-şərqindəki Siirt vilayəti ərazisində PKK terrorçuları Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularını daşıyan hərbi avtomobili partladıblar.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Siirt-Pərvari yolunun kənarına daha öncə basdırılmış bombanın partladılması nəticəsində yoldan keçən hərbi avtomobilin içərisindəki 8 əsgər şəhid olub. Hadisədən sonra əraziyə əlavə qüvvələr cəlb olunub və terrorçulara qarşı əməliyyat başlayıb.