Neftin və metalların ucuzlaşması, habelə Rusiya və Çin tərəfindən Qazaxıstan məhsullarına marağın azalması ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərir. "APA-Economics" xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.
Onun sözlərinə görə, "mövcud iqtisadi reallığı nəzərə alaraq, neftin bir barelinin qiymətinin 30-40 dollar səviyyəsində olacağına adaptasiya olmaq lazımdır".