Hesabatda deyilir ki, bir həftə öncəyədək 398 uşaq öldürülmüş, 600-dən çox uşaq yaralanmış, 377 nəfər silahlı qruplaşmalara cəlb olunmuş və 1.3 milyon evindən didərgin düşmüşdü.
"Qəddar silahlı münaqişənin ən böyük zərbəsi uşaqlara dəyir. Onlar bombalar və güllələrdən ölür, qalanlar isə xəstəlik və pis qidalanmadan əziyyət çəkir,” hesabatda deyilir.
Münaqişə nəticəsində ölkədə 4 min 300 nəfər həlak olub, xəstəlik və aclıq yayılıb.