Rusiyada bir sıra ABŞ şərabları satışdan yığışdırılıb. Bu barədə "Rospotrebnadzor” məlumat yayıb.
İdarənin məlumatına görə, ABŞ istehsalı olan "Geyser Peak Merlot” , "Crane Lake Moscato” və "Gnarly Head Chardonnay” şərablarının tərkibində qüsurlar aşkar edilib.
Söhbət bu şərabların tərkibində "Ftalat” maaddəsinin çoxluğundan gedir.
Rusiya 2000-ci ildə bu səbəbdən Moldova şərblarının da ölkədə satışını qadağan eləmişdi.