İraqın keçmiş lideri Səddam Hüseynin vəfat edən ögey qardaşı Vatban İbrahim əl-Həsənin cənazəsinin Bağdadda qaçırıldığı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, İraqdakı Elbu Nasir tayfasının lideri Şeyx Həsən əl-Neda Anadaolu Agentliyinə açıqlamasında Həsənin cənazəsilə birlikdə yoldaşının da paytaxtın şimalında silahlı şəxslər tərəfindən qaçırıldığını bildirib.