Suriyada İŞİD terror qruplaşmasının girovluğunda saxlanılarkən öldürülən amerika yardım təşkilatının işçisi hərəkatın lideri tərəfindən cinsi təcavüzə məruz qalıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ rəsmiləri ABC news kanalına bildiriblər.
Məlumata əsasən, 26 yaşlı Kayla Mueller Əbu Bəkr əl-Bağdadi tərəfindən dəfələrlə zorlanıb. ABŞ terrorla mübarizə təşkilatına görə, Bağdadi Muellerə işgəncə verib.
Muellerin ailəsi də yaşasaydı 27 yaşında olacaq qızlarının başına gələnləri təsdiqləyib. Muellerin anası Marşa və atası Çarl "bizə Kaylanın işgəncə gördüyünü və Bağdadinin köləsi olduğunu dedilər. Bunu bizə hökumət iyunda açıqladı" – deyə bildiriblər.
Hələb şəhərindəki xəstəxanaların birində işləyən xanim Mueller 2013-cü ildə oğurlanıb.
İŞİD bildirir ki, amerikalı fevral ayında İordaniyanın həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb. Lakin ABŞ onun ölümündə İŞİD-i günahlandırır.
Adını açıqlamayan terrorla mübarizə rəsmisi Bağdadinin Muelleri ABŞ-ın bir müddət əvvəl öldürdüyü Əbu Sayyafın evinə gətirdiyini deyib: "Bağdadi Kayla Muelleri Sayyafın evinə şəxsən özü təslim edib”.
O, Bağdadinin həmin evə müntəzəm baş çəkdiyini və Kayla Muellerə dəfələrlə təcavüz etdiyini deyib.
Bu haqda məlumatın Sayyafın evində kölə kimi əsir saxlanan 16 və 18 yaşında iki yezidi qız və Sayyafın həyat yoldaşı Ümmü Sayyaf tərəfindən ABŞ nümayəndələrinə verildiyi bildirilir. Yezidi qızlar may ayında xüsusi əməliyyat nəticəsində azad olunub.